Bəqərə - 2:221
Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Allahın çağırışı:
İbrahim/14:9
Sizdən öncəkilərin, Nuh, Ad və Səmud xalqının və onlardan sonra gəlib, sadəcə Allahın bildiyi kimsələrin xəbərləri sizə yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getdilər, fəqət onlara dəyər vermədilər (alçaltdılar) və "Biz gətirdiyiniz şeyi inkar edirik və bizi çağırdığınız mesaj haqqında şəkkimiz və şübhəmiz var," dedilər.
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
Ali İmran/3:79
Allahın kitab, hikmət və peyğəmbərlik verdiyi heç bir insan, "Allahdan sonra mənə də qulluq edin", deyə insanları özünə çağırmaz. Əksinə, "Öyrənib öyrətdiyiniz kitaba uyğun olaraq özünü Rəbbinə həsr edən qullar olun," - deyər.
Bəqərə/2:221
Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Rad/13:36
Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."
Ali İmran/3:193
Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."
Yunus/10:25
Allah sülh (əmin-amanlıq) yurduna çağırır və istədiyini doğru bir yola yönəldir.
Ənfal/8:24
Ey iman edənlər! Sizə həyat verəcək şeylərə çağırdığında Allaha və Elçisinə cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və Onun hüzuruna toplanacaqsınız.
Fussilət/41:5
Dedilər ki, "Sənin bizi çağırdığın şeyə qarşı sabit fikirliyik, qulaqlarımızda ağırlıq və bizimlə sizin aranızda pərdə vardır. İstədiyini et, biz də edəcəyik.
Fussilət/41:6
De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"
Şura/42:13
Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.
Hud/11:62
Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."