Bəqərə - 2:225
Allah sizi qərəzsiz içdiyiniz andlara görə məsul tutmaz; ancaq qəlbinizdəki gerçək niyyətinizdən məsul tutar. Allah Bağışlayandır, Şəfqətlidir.
Allah, içimizdə qurduğumuz pis düşüncələrdən bizi məsuliyyətli tutar:
Bəqərə/2:284
Yerdə və göylərdə olanlar Allahındır. İçinizdəkini açıqlasanız da, gizləsəniz də Allah sizi ondan məsul tutar. İstədiyini bağışlayar, istədiyini cəzalandırar. Allah hər şeyə gücü yetəndir.
Nisa/4:108
İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.
Hud/11:5
Onlar, sinələrində olanı şüuraltı olaraq Ondan gizləmək istəyərlər. Yaxşı bilin ki, libaslarına büründüklərində belə onların gizlədiklərini və açıqladıqlarını bilir. O, gizli düşüncələri Biləndir.