Bəqərə - 2:228 Boşanan qadınlar (başqasıyla evlənmədən öncə) öz-özlərinə üç aybaşı gözləməlidir. Allaha və Axirət gününə iman edirlərsə, Allahın bətnlərində yaratdığını gizləmələri düzgün olmaz. Bu vəziyyətdə (hamilə vəziyyətdə) ərləri barışmaq istəyərlərsə onları geri almağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərindəki haqları kimi, qadınların da kişilər üzərində eyni haqları var. (Hamiləlik vəziyyətində) Kişilərin onların üzərində bir dərəcəsi vardır. Allah Güclüdür, Hikmət Sahibidir.
Qadınları nikahlayıb, cinsi əlaqəyə girmədən boşayarsanız:
Əhzab/33:49 Ey iman edənlər, iman edən qadınları nikahladıqdan sonra, onlarla cinsi əlaqəyə girmədən boşasanız, (başqa biri ilə evlənmələrindən öncə) onların sizə bir gözləmə müddəti borcu yoxdur.

Bəqərə/2:236 Yaxınlıq etmədən, yaxud mehrlərini təyin etmədən öncə qadınları boşamanızda bir qəbahət yoxdur. Bu vəziyyətdə ödəmə edin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə verdikləri zərərə uyğun bir təzminat verməlidir. Bu, gözəl davrananların görəvidir.
Bəqərə/2:237 Mehr təyin etdikdən sonra, ancaq onlarla yaxınlıq etməzdən öncə onları boşamışsınızsa, onlara söz verdiyiniz mehrin yarısını verməlisiniz. Ancaq, qadın haqqından vaz keçərsə və ya əri mehrin hamısını vermək istəyərsə başqa... Vaz keçməniz daha müttəqi bir davranışdır. Aranızdakı dostluğu unutmayın. Allah etdiklərinizi Görəndir.