Bəqərə - 2:231
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya yaxşılıqla yanınızda saxlayın və ya yaxşılıqla buraxın. İntiqam almaq üçün onlara zərər verəcək şəkildə saxlamayın. Bunu edən özünə zülm etmiş olar. Allahın ayələrini xəfifə almayın. Allahın sizə verdiyi nemətlərini və sizə öyüd vermək üçün nazil etdiyi Kitabı və hikməti düşünün. Allahı dinləyin və bilin ki, Allah hər şeyi bilir.
Qadınları nikahlayıb, cinsi əlaqəyə girmədən boşayarsanız:
Əhzab/33:49
Ey iman edənlər, iman edən qadınları nikahladıqdan sonra, onlarla cinsi əlaqəyə girmədən boşasanız, (başqa biri ilə evlənmələrindən öncə) onların sizə bir gözləmə müddəti borcu yoxdur.
Bəqərə/2:236
Yaxınlıq etmədən, yaxud mehrlərini təyin etmədən öncə qadınları boşamanızda bir qəbahət yoxdur. Bu vəziyyətdə ödəmə edin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə verdikləri zərərə uyğun bir təzminat verməlidir. Bu, gözəl davrananların görəvidir.
Bəqərə/2:237
Mehr təyin etdikdən sonra, ancaq onlarla yaxınlıq etməzdən öncə onları boşamışsınızsa, onlara söz verdiyiniz mehrin yarısını verməlisiniz. Ancaq, qadın haqqından vaz keçərsə və ya əri mehrin hamısını vermək istəyərsə başqa... Vaz keçməniz daha müttəqi bir davranışdır. Aranızdakı dostluğu unutmayın. Allah etdiklərinizi Görəndir.