Bəqərə - 2:233 Əmizdirmə müddətini tamamlamaq istəyənlər üçün analar körpələrini tam iki il əmizdirməlidir. Ananın yeyəcək və geyəcək ehtiyacını isə uşağın atası gözəl və uyğun bir şəkildə qarşılamalıdır. Heç kəsə qüvvəsindən artıq məsuliyyət yüklənməz. Nə ana uşağına görə, nə də atası uşağına görə zərərə soxulmasın. Bunu gerçəkləşdirmək mirasçısının da görəvidir. Ana və ata danışıb razılaşdıqdan sonra süddən kəsmək istəyərsə, ikisinə də bir günah yoxdur. Uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə, haqqını uyğun bir şəkildə ödədiyiniz müddətcə sizə bir öhdəlik yoxdur. Allahı dinləyin, Allah etdiklərinizi Görür.
Allah insana gücü yetdiyindən artıq məsuliyyət yükləməz:
Bəqərə/2:286 Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”

Əraf/7:42 İman edib müttəqi bir həyat yaşayanlara gəlincə, biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik; onlar cənnət əhlidir. Onlar orada əbədi qalıcıdırlar.

Bəqərə/2:233 Əmizdirmə müddətini tamamlamaq istəyənlər üçün analar körpələrini tam iki il əmizdirməlidir. Ananın yeyəcək və geyəcək ehtiyacını isə uşağın atası gözəl və uyğun bir şəkildə qarşılamalıdır. Heç kəsə qüvvəsindən artıq məsuliyyət yüklənməz. Nə ana uşağına görə, nə də atası uşağına görə zərərə soxulmasın. Bunu gerçəkləşdirmək mirasçısının da görəvidir. Ana və ata danışıb razılaşdıqdan sonra süddən kəsmək istəyərsə, ikisinə də bir günah yoxdur. Uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə, haqqını uyğun bir şəkildə ödədiyiniz müddətcə sizə bir öhdəlik yoxdur. Allahı dinləyin, Allah etdiklərinizi Görür.

Muminun/23:62 Biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik. Qatımızda gerçəyi söyləyən bir Kitab vardır. Heç kimsə haqsızlığa uğradılmayacaqdır.

Ənam/6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.

Talaq/65:7 Varlı kimsə imkanı daxilində nəfəqə yardımı etsin. İmkanı az olan isə, Allahın ona verdiyindən versin. Allah bir kimsəyə vermiş olduğundan artıq bir məsuliyyət yükləməz. Allah çətinlikdən sonra asanlıq gətirəcəkdir.