Bəqərə - 2:244 Allah yolunda savaşın. Bilin ki, Allah Eşidir, Bilir.
Allah təcavüzkarları sevməz:
Ənfal/8:61 Onlar sülhə meyl göstərərlərsə, sən də ona meyl göstər və Allaha güvən. O, Eşidəndir, Biləndir!

Mumtəhənə/60:8 Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Mumtəhənə/60:9 Ancaq Allah, sadəcə, sizinlə din uğrunda savaşan, sizi yurdunuzdan çıxardan və çıxarılmanıza yardım edən kimsələrlə dost olmanızı qadağan edər. Onları dost seçənlər zalımlardır.

Hucurat/49:9 İman edənlərdən iki qrup bir-birləri ilə savaşarlarsa, onların arasını barışdırın. Onlardan biri o birinə hücum edərsə, Allahın əmrinə dönüncəyə qədər hücum edən qrupla savaşın. Dönərsə, onların arasını tərəf tutmadan düzəldin və ədalətli davranın. Allah ədalətli davrananları sevər.

Bəqərə/2:27 O kəslər ki, Allah ilə etdikləri sözləşməyə bağlılıq sözü verdikdən sonra onu pozarlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsərlər və yer üzündə fəsad törədərlər. Bax onlar, itkiyə (ziyana) məruz qalanlardır!

Nisa/4:94 Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.

Maidə/5:2 Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
Maidə/5:8 Ey iman edənlər! Allah üçün ədaləti qoruyaraq şahidlik edin. Bir topluluğa olan kininiz sizi ədalətli davranmaqdan yayındırmasın. Ədalətli davranmaq daha ərdəmlidir. Allahı dinləyin. Allah etdiklərinizi xəbər alır.

Əraf/7:33 De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."

Şura/42:42 Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.

Qaləm/68:12 Yaxşılığa və yardıma əngəl olan, mütəcaviz, günahkar.