Bəqərə - 2:25
İman edib müttəqi davrananları, içlərində çaylar axan cənnətlərlə (bağçalarla) müjdələ. Onlara oradakı məhsullardan ruzilər verildiyində "Bu, daha öncə bizə verilən nemətlərdir," deyərlər. Beləcə, onlara məcazi oxşarlar (bənzətmələr) verilər. Onlar üçün orada tərtəmiz əşlər vardır və onlar orada əbədi qalıcıdırlar.
İman edənlər cənnətdə əbədi qalıcıdırlar:
Hud/11:108
Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.
Hicr/15:47
Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.
Hicr/15:48
Orada onlara heç bir yorğunluq toxunmaz və oradan da çıxarılmayacaqlar.
Fatir/35:33
Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Duxan/44:51
Müttəqi olanlar isə güvənli bir məqamdadırlar.
Duxan/44:52
Bağçalar və bulaqlar içərisində.
Duxan/44:53
İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:54
Bu belədir; onlara gözəl həmtaylar vermişik.
Duxan/44:55
Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56
Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.