Bəqərə - 2:258
Allah özünə hökmdarlıq verdiyi halda, İbrahim ilə Rəbbi haqqında höcətləşən diqqətini çəkmədimi? İbrahim, “Mənim Rəbbim odur ki, dirildir və öldürür," - deyincə, "Mən də dirildir və öldürürəm," - demişdi. İbrahim, “Allah günəşi məşriqdən gətirir. Sən də məğribdən gətirsənə," – deyincə inkarçı adam məəttəl qalmışdı. Allah zalım camaatı doğruya yetişdirməz.
Günəşi və ayı əmrinə tabe etmişdir:
İbrahim/14:33
Görəvlərini gecikdirməyən günəşi və ayı xidmətinizə sundu, gecəni və gündüzü də xidmətinizə sundu.
Loğman/31:29
Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?
Rad/13:2
Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.
Bəqərə/2:189
Səndən ayın mərhələlərini (hilalı) soruşurlar. De ki o, insanlar və həcc ibadəti üçün bir vaxt ölçüsüdür. Yaxşılıq, sözü gəzdirmək deyildir, yaxşılıq ehtiyat etməkdir. Dürüst olun. Qurtuluşunuz üçün Allahı dinləyin.
Ənam/6:96
Səhəri ortaya çıxarandır. Gecəni dincəlmə vaxtı, günəşi və ayı da bir hesablama vasitəsi etmişdir. Bu, hər şeydən Üstün və hər şeyi Bilənin planıdır.
Yunus/10:5
O, Günəşi bir işıq qaynağı, ayı da bir işıq etdi. İllərin sayını və hesabı bilməniz üçün ona mərhələlər (mənzillər) müəyyən etdi. Allah bunları ancaq bir gerçək üçün yaratmışdır. Bilən bir camaata ayələri bu cür açıqlayır.
İsra/17:12
Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.
Fatir/35:13
Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.
Ya sin/36:39
Aya da, quru bir xurma budağına dönüşüncəyə qədər müxtəlif mərhələlər müəyyən etdik.
Ya sin/36:40
Nə günəş aya yetişə bilər, nə də gecə, gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb getməkdədir.
Zumər/39:5
Göyləri və yeri gerçək ilə yaratdı. Gecəni gündüzün üzərinə yuvarlayar və gündüzü də gecənin üzərinə yuvarlayar. Günəşi və ayı da əmri altına salmış və onların hər biri bəlli bir vaxta qədər axıb getməkdədir. Həqiqətən, O Üstündür, Bağışlayandır.
Rahmən/55:5
Günəş və ay bir hesab ilə (hərəkət etməkdədir).