Bəqərə - 2:26
Allah bir ağcaqanadı hətta onun üzərindəkini örnək verməkdən çəkinməz. İman edənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilər. İnkar edənlər isə "Allah bu bənzətmə ilə nə demək istədi," deyərlər. O, bununla bir çox kəsi azdırar və bir çox kəsi də doğruya yetişdirər. O, bununla sadəcə fasiqləri azdırar.
Doğru yol nə deməkdir?
Fussilət/41:30
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Məryəm/19:36
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Zuxruf/43:61
O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64
"Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."