Bəqərə - 2:275          
          
                        Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər;  işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.          
        
        
          Cəhənnəmdə əbədi qalacaqlar:        
      
                  
                    
                      Hud/11:106                    
                  
                  
                                        Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.                  
                
                
              
                  
                    
                      Hud/11:107                    
                  
                  
                                        Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.                  
                
                
              
                  
                    
                      İbrahim/14:17                    
                  
                  
                                        Onu udmağa çalışar, amma boğazından keçirə bilməz. Ölüm ona hər yandan gələr, amma ölə bilməyəcək. Ardından da çətin bir əzab gələcəkdir.                  
                
                
              
                  
                    
                      Fatir/35:36                    
                  
                  
                                        İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.                   
                
                
              
                  
                    
                      Zuxruf/43:77                    
                  
                  
                                        "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.