Bəqərə - 2:279 Bu cür etməsəniz, Allahdan və Elçisindən bir savaş gözləyin. Tövbə edərsəniz, sərmayəniz yenə sizindir. Nə haqsızlıq edin, nə də haqsızlığa uğrayın.
İman edənlər haqsızlığa məruz qaldıqlarında özlərini müdafiə edərlər:
Bəqərə/2:279 Bu cür etməsəniz, Allahdan və Elçisindən bir savaş gözləyin. Tövbə edərsəniz, sərmayəniz yenə sizindir. Nə haqsızlıq edin, nə də haqsızlığa uğrayın.
Bəqərə/2:246 Bu hadisə diqqətini çəkmədimi? İsrail oğullarının əyanları, Musadan sonra peyğəmbərlərindən birinə, “Bizə bir kral təyin et ki, Allah yolunda savaşaq," demişdilər. “Savaşmaq lazım olan yerdə savaşmasanız necə?!" demişdi. Onlar: “Yurdumuzdan və övladlarımızdan uzaqlaşdırılmış vəziyyətdə ikən nə üçün Allah yolunda savaşmayaq?" - deyə qarşılıq vermişdilər. Fəqət onlara savaş vacib edilincə çox azı xaric üz çevirdilər. Allah zalımları Bilir.

Ali İmran/3:200 Ey iman edənlər! Uğur qazanmaq üçün çətinliklərə qarşı tək-tək müqavimət göstərin, toplu halda müqavimət göstərin, birlik (halında) olun və Allahı dinləyin.

Nisa/4:75 Sizə nə oldu ki, “Rəbbimiz! Bizi əhalisi zalım olan bu ölkədən qurtar, bizə sahib çıx, bizə yardım et!”– deyə fəryad edən əzilmiş kişilər, qadınlar və uşaqlara rəğmən hələ də Allah yolunda savaşmırsınız?

Hud/11:116 Sizdən öncəki nəsillərin müttəqi sahibi olanları, yer üzündə pisliklərə əngəl olmalı deyildilərmi? Onlardan qurtardığımız az adam xaric... Zalımlar isə, özlərinə verilən rifaha qapılıb, qudurdular; beləcə günahkarlara qatıldılar.

Həcc/22:39 Zülm edilərək savaşa məruz qalanlara izin verilmişdir. Allah onları dəstəkləməyə əlbəttə qadirdir.
Həcc/22:40 Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.

Şura/42:39 Haqsızlığa məruz qaldıqlarında özlərini müdafiə edirlər.
Şura/42:42 Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.

Mumtəhənə/60:8 Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Mumtəhənə/60:9 Ancaq Allah, sadəcə, sizinlə din uğrunda savaşan, sizi yurdunuzdan çıxardan və çıxarılmanıza yardım edən kimsələrlə dost olmanızı qadağan edər. Onları dost seçənlər zalımlardır.