Bəqərə - 2:279
Bu cür etməsəniz, Allahdan və Elçisindən bir savaş gözləyin. Tövbə edərsəniz, sərmayəniz yenə sizindir. Nə haqsızlıq edin, nə də haqsızlığa uğrayın.
Əlaqəli:
Bəqərə/2:188
Paralarınızı (pullarınızı) öz aranızda haqsız yollarla yeməyin. İnsanların parasını (pulunu) haqsız yerə yemək məqsədi ilə bilə-bilə məmurlara/yönəticilərə rüşvət verməyin.
Nisa/4:29
Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.
Rum/30:39
İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.