Bəqərə - 2:30 Rəbbin, mələklərə belə demişdi: "Yer üzünə bir xəlifə yerləşdirəcəyəm!" Mələklər də: “Orada fəsad törədəcək, qan axıdacaq birinimi yerləşdirəcəksən? Halbuki biz Səni tərifləyərək ucaldır və mütləq hökmranlığını təsdiqləyirik," dedilər. (Allah:) “Bilmədiyinizi Mən bilərəm,” dedi.
Mələklər səcdə edərlər və özlərini böyük tutmazlar:
Ğafir/40:7 İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."

Zumər/39:75 Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.

Fussilət/41:38 Təkəbbürlənirlərsə, Rəbbinin yanındakılar heç yorulmadan gecə-gündüz Onu ucaldırlar.

Əraf/7:206 Rəbbinin qatındakılar, Ona qulluq etməkdən çəkinib təkəbbür göstərməzlər, Onu Ucaldırlar və Ona səcdə edərlər.

Ənbiya/21:19 Göylərdə və yerdə kim varsa Ona aiddir. Yanındakılar, Ona qulluq etməkdən böyüklənməz və tərəddüd etməzlər.

Nəhl/16:49 Göylərdə və yerdə olan bütün məxluqlar və mələklər Allaha səcdə edərlər və təkəbbür göstərməzlər.

Rad/13:13 Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.

Fussilət/41:38 Təkəbbürlənirlərsə, Rəbbinin yanındakılar heç yorulmadan gecə-gündüz Onu ucaldırlar.

Nisa/4:172 Nə Məsih, nə də yaxın mələklər Allahın qulu olmağı kiçiklik saymaz. Kim Ona qulluğu kiçik görər, sonra da özünü böyük tutarsa, bilsin ki, O, onların hamısını hüzuruna toplayacaqdır.