Bəqərə - 2:32 Dedilər: “Sən Ucasan, Sənin bizə öyrətdiyindən başqa bir biliyimiz yoxdur! Sən Bilənsən, Hikmət Sahibisən!”
Mələklər: "Sənin öyrətdiyindən başqa bir biliyimiz yoxdur": (Əlaqəli)
Bəqərə/2:255 Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.

Məryəm/19:64 Biz ancaq Rəbbinin əmri ilə nazil olarıq. Keçmişimiz, gələcəyimiz və ikisi arasında nə varsa Ona aiddir. Rəbbin unutqan deyildir.

Həcc/22:75 Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.
Həcc/22:76 O onların keçmişini də, gələcəyini də bilir. Və bütün işlər Allah tərəfindən kontrol edilir.