Bəqərə - 2:5 Bax, Rəbləri tərəfindən yol göstərilənlər və xoşbəxtliyə yetişənlər bunlardır.
Axirətdə xoşbəxtlik:
Kəhf/18:108 Orada daimi qalacaqlar, oranı heç bir şeylə dəyişmək istəməzlər.

Səcdə/32:17 Etdiklərinə qarşılıq olaraq, onları nə qədər böyük bir sevinc və xoşbəxtlik gözlədiyini heç kimsə bilə bilməz.

Fatir/35:35 "O ki, lütfü ilə bizi (əbədi) olacaq yurda yerləşdirdi. Orada nə bir yorulma, nə də bir üzüntü hiss edərik."

Furqan/25:75 Bunlar, səbr etdiklərindən ötrü Cənnət otaqları ilə mükafatlandırılarlar; orada xoşbəxt bir həyat və sülhə (əmin-amanlığa) qovuşdurularlar.

Ali İmran/3:15 De ki: “Bundan daha yaxşısını sizə xəbər verimmi? Müttəqilər üçün Rəblərinin yanında ağacları altından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlər (bağçalar), tərtəmiz zövcələr və Allahın razılığını qazanmaqdan ötrü xoşbəxtlik vardır”. Allah qullarını görür.

Yunus/10:64 Dünya həyatında da, axirətdə də xoşbəxtlik onlarındır. Allahın kəlmələri (verdiyi söz) dəyişməz. Məhz bu, ən böyük zəfərdir.

Kəhf/18:107 İman edib müttəqi davrananlara gəlincə, onlar məskən olaraq sevinc və xoşbəxtliklə dolu olan cənnətlərə layiqdirlər.

Səcdə/32:17 Etdiklərinə qarşılıq olaraq, onları nə qədər böyük bir sevinc və xoşbəxtlik gözlədiyini heç kimsə bilə bilməz.

Haqqə/69:19 Kitabı sağından verilən, "Alın kitabımı oxuyun," deyər,
Haqqə/69:24 Keçmiş günlərinizdə etdiyiniz işlərdən ötrü nuşcanlıqla yeyin, için.