Bəqərə - 2:55
Bir zamanlar, "Ey Musa, Allahı fiziki olaraq (açıq-aşkar) görmədikcə iman etməyəcəyik,”– demişdiniz. Gözünüz görə-görə sizi ildırım vurmuşdu.
Allahı fiziki olaraq görmədikcə iman etmərik: (Əlaqəli)
Nisa/4:153
Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.
Əraf/7:143
Musa, təyin edilən vaxtda Bizə gəlincə və Rəbbi onunla danışınca, "Rəbbim mənə görün, Sənə baxım," dedi. "Məni görə bilməzsən. Ancaq bu dağa bax; yerində durarsa, o zaman məni görəcəksən," dedi. Rəbbi, dağa görününcə onu parça-parça etdi və bundan sonra Musa özündən getdi. Ayılınca, "Sən Ucasan, Sənə yönəlirəm. Mən iman edənlərin ən öndə olanıyam," dedi.