Bəqərə - 2:83
İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Rəbbimiz, ana-ataya qarşı yaxşı davranmağınızı əmr etdi:
Loğman/31:14
Biz insana ana-atasını öyüd-nəsihət etdik. Anası onu böyük bir çətinliklə daşıyar. Süddən kəsilməsi iki il içində olur. Mənə və ana-atana təşəkkür etməlisən. Dönüş Mənədir.
Ənkəbut/29:8
Biz insana, ana və atasına yaxşı davranmasını öyüd-nəsihət etmişik. Ancaq onlar, haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də uyma. Hamınızın dönüşü Mənədir və etdikləriniz şeylər haqqında sizə bilgi verəcəyəm.
Əhqaf/46:15
Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Nisa/4:36
Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
İsra/17:23
Rəbbin, yalnız Ona qulluq etmənizi və anaya-ataya qarşı yaxşı davranmanızı əmr etdi. Onlardan biri və ya ikisi yanında yaşlanarsa, onlara: "Uf!" belə demə və onları acılama. Onlarla gözəl bir şəkildə danış.
Ənam/6:151
De ki: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini söyləyim." Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya yaxşı davranın. Yoxsulluq qorxusuyla övladlarınızı öldürməyin; Sizi də, onları da Biz bəsləyirik. Böyük günahların aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın qutlu hesab etdiyi cana haqsız yerə qıymayın. Bunlar, düşünəsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.
Kəhf/18:74
Beləcə getdilər. Nəhayət, bir cavan oğlan ilə rastlaşdıqda onu dərhal öldürdü. "Kimsəyə qıymamış günahsız bir kimsəni nə üçün öldürdün? Sən, çox pis bir iş gördün," dedi.
Kəhf/18:80
"Uşağa gəlincə, ana-atası iki iman edən şəxs idi. Həddi aşması və nankorluq ilə o ikisinə yük olmasından narahat idik."
Məryəm/19:12
"Yəhya, kitaba yaxşıca sarıl." Uşaq yaşda ikən ona hikmət vermişdik.
Məryəm/19:13
Əlavə olaraq qatımızdan bir şəfqət və dürüstlük... Müttəqi biri idi.
Məryəm/19:14
Ana-atasına qarşı yaxşı davranırdı, əsla zorakılıq edən (dikbaş) və üsyankar olmadı.
Məryəm/19:30
(İsa:) "Mən Allahın bir quluyam! Mənə kitab verdi və məni peyğəmbər etdi," dedi.
Məryəm/19:31
"Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"
Məryəm/19:32
"anama qarşı xoş xasiyyətli olmamı əmr etdi. Məni dikbaş bir zalım (üsyankar) etmədi."