Bəqərə - 2:85 Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.
Kim düşmənçilik və zülm ilə öldürərsə:
Nisa/4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.
Nisa/4:30 Kim düşmənçilik və zülm ilə bunları edərsə onu atəşə göndərərik. Bu, Allah üçün asandır.

Maidə/5:27 Onlara Adəmin iki oğlunun hadisəsini doğru anlat. Hərəsi bir qurban nəzir etmişdilər və birindən qəbul edilmiş, digərindən edilməmişdi. "Səni öldürəcəyəm!" - dedi. "Allah ancaq müttəqi olanlardan qəbul edər," dedi.
Maidə/5:28 "Məni öldürmək üçün əlini mənə uzadırsan, səni öldürmək üçün mən əlimi sənə uzatmayacağam. Mən, bütün yaradılmışların sahibi olan Allahdan qorxuram."
Maidə/5:29 "Günahımı günahınla birlikdə yüklənərək cəhənnəmə girməyini istəyərəm. Zalımlar bu cür cəzalandırılar."
Maidə/5:30 Eqosu onu, qardaşını öldürməyə təhrik etdi. Onu öldürdü və beləcə ziyana uğradı.
Maidə/5:32 Bunun üçün İsrail oğullarına bunu yazdıq: "Kim, cinayət işləməmiş və yer üzündə fəsad törətməmiş bir adamı öldürərsə bütün insanları öldürmüş kimidir. Kim də o canı yaşadarsa, bütün insanları yaşatmış kimi olar. Elçilərimiz onlara açıq-aşkar dəlillərlə gəldilər. Buna rəğmən onların çoxu dərhal sonra yer üzündə azğınlıq etməyə başladılar.

Nisa/4:93 Kim iman etmiş birisini qəsdən öldürərsə yeri, sürəkli qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət etmişdir. Və onun üçün böyük bir əzab hazırlanmışdır.

İsra/17:31 Fəqirlik qorxusuyla uşaqlarınızı öldürməyin. Sizi də, onları da biz ruziləndiririk. Onları öldürmək, böyük bir günahdır.