Bəqərə - 2:87 Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
İsaya verilən açıq-aşkar dəlillər nələrdir?
Maidə/5:114 Məryəm oğlu İsa: "Tanrımız, Rəbbimiz, bizə göydən bir ziyafət endir ki, hamımız və hər birimiz üçün bir bayram və Səndən bir dəlil olsun. Bizi ruziləndir. Sən ən yaxşı ruzi verənsən," - dedi.
Maidə/5:110 Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.

Ali İmran/3:46 "Beşikdə ikən də, böyüyüncə də insanlarla danışacaq və yaxşılardan olacaq."

Maidə/5:112 Həvarilər, "Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir ziyafət verə bilərmi?" - demişdilər. "İman edirsinizsə, Allaha ehtiram edin," - demişdi.
Maidə/5:113 "İstəyirik ki, ondan yeyək, qəlbimiz rahat olsun, sənin bizə doğru söylədiyini bilək və ona şahid olaq."

Ali İmran/3:49 "İsrail oğullarına göndərilən bir elçi olaraq (deyəcək ki): Mən sizə, Rəbbinizdən bir dəlil ilə gəldim. Sizə palçıqdan quş heykəli düzəldib ona üfürərəm və Allahın izni ilə bir quş olar. Allahın izni ilə koru və cüzamlını yaxşılaşdırar, ölünü dirildərəm. Nə yediyinizi və evlərinizdə nələr yığıb saxladığınızı sizə bildirə bilərəm. İman edəcəksinizsə bu dəlillər sizin üçün yetərlidir."

Maidə/5:115 Allah, "Onu sizə endirəcəyəm," - dedi, "Kim artıq bundan sonra inkar edərsə, onu, heç kimsəyə vermədiyim bir əzabla cəzalandıracağam."