Bəqərə - 2:96 Onları, yaşamağa ən həris insanlar olaraq görəcəksən; hətta bütpəstlərdən artıq... Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki, uzun yaşaması onu əzabdan uzaqlaşdırmaz. Allah etdiklərini görəndir.
Yaşamağa ən həris insanlar: (Əlaqəli)
Cumuə/62:6 De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."
Cumuə/62:7 Onlar, etdiklərindən ötrü heç bir vaxt onu diləyə bilməyəcəklər. Allah zalımları yaxşı bilir.
Cumuə/62:8 De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."