Rum - 30:39 İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.
Quranda sələmçilik:
Bəqərə/2:275 Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər; işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.
Bəqərə/2:276 Allah sələmi məhkum edər, qarşılıqsız yardımı dəstəkləyər. Allah heç bir günahkar nankoru sevməz.
Bəqərə/2:277 İman edib müttəqi bir həyat sürərək namazı qoruyanların və zəkatı verənlərin mükafatları Rəbləri qatındadır. Onlar üçün qorxu yoxdur və onlar üzülməzlər.
Bəqərə/2:278 Ey iman edənlər! Gerçəkdən iman edirsinizsə Allahı dinləyin və hər növ sələmdən (ribadan) qalan qalığı tərk edin.

Ali İmran/3:130 Ey iman edənlər! Faizi (sələmi, ribanı) qatbəqat artırılmış olaraq yeməyin. Müvəffəqiyyətə nail olmaq üçün Allahı dinləyin.

Rum/30:39 İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.