Rum - 30:52
Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Gerçək korluq, gözlərin deyil; könüllərin korluğudur: Məqsəd nədir?
Ənfal/8:22
Allah yanında, yaradılmışların (məxluqatın) ən pisi, ağıllarını istifadə etməyən kar və lallardır.
Fatir/35:19
Kor ilə görən eyni olmaz,
Ta ha/20:124
"Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."
İsra/17:97
Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.
Həcc/22:46
Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.
Furqan/25:73
Onlara Rəblərinin ayələri xatırladıldığı zaman, onlara qarşı kar və kor (kimi) davranmazlar.
İsra/17:72
Bu dünyada kor olanlara gəlincə, onlar axirətdə də kordur və yol baxımından da daha çox azğındır.
Rad/13:19
Sənə nazil edilənin gerçək olduğunu bilən biri, görməyən kimidirmi? Ancaq ağıl sahibləri öyüd alır.
Əraf/7:64
Onu yalanladılar. Bundan sonra onu və onunla birlikdə gəmidə olanları qurtardıq. Ayələrimizi yalan hesab edənləri isə boğduq. Onlar kor bir xalq idi.
Ənam/6:50
De: "Sizə, Allahın xəzinələri mənim yanımdadır demirəm. Gizli olan şeyləri də bilmirəm. Sizə, bir mələk olduğumu da söyləmirəm. Sadəcə mənə vəhy ediləni izləyirəm." Bunu da söylə: "Kor ilə görən eynidirmi?" Düşünmürsünüz?
Hud/11:24
Hər iki qrupun nümunəsi, kor və kar olan biri ilə görən və eşidən birinin (halı) kimidir. Durumları eynidirmi? Öyüd almırsınız?
Ğafir/40:58
Kor ilə görən eyni olmaz. İman edib müttəqi davrananlar ilə pislik işləyənlər də eyni olmaz. Nə qədər az düşünürsünüz.
Ənam/6:104
Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.
Nəml/27:80
Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Nəml/27:81
Koru da azğınlığından çıxarıb (doğru) yola yönəldə bilməzsən. Sən ancaq, ayələrimizə iman edənlərə eşitdirə bilərsən; onlar (anlatdığın çağırışı) qəbul edərlər.
Yunus/10:42
Onlardan səni dinləyənlər də var; ağıllarını istifadə etməyən karlara sənmi eşitdirəcəksən?
Yunus/10:43
Onlardan sənə baxanlar da var; görə bilməyən korları sənmi doğruya yönəldəcəksən?
Rum/30:52
Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Rum/30:53
Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.
Zuxruf/43:40
Sənmi kara eşitdirəcəksən, yaxud koru və açıq-aşkar bir azğınlıqda olanı yola gətirəcəksən?
Həcc/22:46
Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.
Fatir/35:22
Nə də dirilər ilə ölülər eynidir. Allah, kim/kimi istəyərsə ona eşitdirər. Sən məzarlarda olanlara eşitdirə bilməzsən.
Ənfal/8:21
Eşitmədikləri halda: "Eşitdik!" deyənlər kimi olmayın.