Səcdə - 32:27
Verimsiz torpağa suyu göndərərək onların və kənd təsərrüfatı heyvanlarının yediyi əkinləri bitirdiyimizi qavramırlarmı? Görmürlərmi?
Göydən yağmur necə enər?
Nur/24:43
Bilmirsənmi ki, Allah buludları sürüyər, sonra onları birləşdirər, sonra onları bir-birinin üstünə yığar və sən də yağmurun onların arasından çıxdığını görürsən? Göydən, böyük kütlələrdən dolu yağdırar, istədiyi kimsəni ona məruz qoyar və istədiyindən də onu uzaq tutar. Şimşəyinin parıltısı az qala gözləri alır.
Rum/30:48
Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.
Əraf/7:57
O, rəhmətinin bir ön müjdəsi olaraq küləkləri göndərəndir. Toplanıb yükləndikdən sonra ağır buludları ölü bir torpağa tərəf sürərik. Onunla su endirər və onunla hər növ məhsulu çıxararıq. Ölüləri də bu cür çıxararıq. Bəlkə bundan bir öyüd alarsınız.
Hicr/15:22
Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.
Fatir/35:9
Allah, buludları qarışdıran küləkləri göndərəndir. Daha sonra onları ölü bir torpağa qovarıq ki, ölümündən sonra torpağı dirildərik. Dirilmə də belədir.