Səcdə - 32:3 "Onu uydurdu"mu deyirlər? Halbuki bu, səndən öncə özlərinə bir xəbərdar edən (elçi) yetişməmiş bir camaatı, bəlkə yola gələrlər deyə xəbərdar etməyin üçün Rəbbindən gələn bir gerçəkdir.
Quranın uydurulmuş olduğunu necə iddia etdilər?
Nəhl/16:103 "Ona bir insan öyrədir!" şəklindəki sözlərini əlbəttə bilirik. Nəzərlərində tutduqları şəxsin dili başqadır, bu isə açıq-aşkar Ərəbcə bir dildir.

Furqan/25:4 İnkar edənlər: "Bu, başqalarının yardımı ilə onun uydurduğu bir yalandan başqa bir şey deyildir," deyərək haqsız və əsassız bir tezis (iddia) ortaya qoydular.
Furqan/25:5 Dedilər, "Yazıb durduğu şey əvvəlkilərin nağıllarıdır; ona diktə edilməkdədir, səhər-axşam."

Ənam/6:25 Onların bir qismi səni dinləyir. Fəqət, qəlbləri üzərinə anlamalarına əngəl olacaq pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Hər bir möcüzəni görsələr də ona iman etməzlər. Buna görə sənin yanına gəldiklərində səninlə mübahisə edir və inkar edənlər, "Bu ancaq bir əfsanədir," deyir.

Ənfal/8:31 Ayələrimizi dinlədikləri zaman, "Eşitdik, istəsək biz də bunun bir bənzərini gətirərik. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyildir," deyirdilər.

Nəhl/16:24 Onlara deyilmişdi: "Rəbbiniz nə nazil etmişdi?" Dedilər: "Əvvəlkilərin nağıllarımı."

Muminun/23:82 Və belə dedilər: "Biz öldüyümüz, torpaq və sümük olduğumuz zamanmı diriləcəyik?"
Muminun/23:83 "Bizə və atalarımıza daha öncə eyni şey söz verilmişdi. Bu keçmişlərin əfsanəsindən başqa bir şey deyildir."

Nəml/27:67 İnkar edənlər dedilər: "Biz və atalarımız torpaq olduqdan sonramı çıxardılacağıq?"
Nəml/27:68 "Bizə və atalarımıza da daha öncə eyni söz verilmişdi. Bunlar, keçmişdəkilərin nağıllarından başqa bir şey deyildir."

Əhqaf/46:10 De ki , "Düşündünüzmü, əgər o, Allah qatındandırsa və siz də ona qarşı çıxmışsınızsa və İsrail oğullarından bir şahid də bunun bənzərini görüb iman etdiyi halda, siz təkəbbür göstərib üz çevirmişsinizsə?! Şübhəsiz Allah zalım topluluğu doğru yola yönəltməz."
Əhqaf/46:11 İnkar edənlər, iman edənlərə, "O yaxşı bir şey olsaydı, bizdən önə keçə bilməzdilər" deyərlər və ona yol tapa bilmədikləri üçün, "Bu bir əfsanədir" deyəcəklər.
Əhqaf/46:17 Digər tərəfdən bir başqası var ki, ana-atasına, "Uf sizə, məndən öncə neçə-neçə nəsillər keçmiş olmasına rəğmən mənim dirildiləcəyimimi iddia edirsiniz?" O ikisi isə Allaha sığınaraq: "Təəssüflər olsun sənə; lütfən iman et. Allahın sözü gerçəkdir." Bunun üzərinə o, "Bu, keçmişdəkilərin nağıllarından başqa bir şey deyil," deyər.

Qaləm/68:12 Yaxşılığa və yardıma əngəl olan, mütəcaviz, günahkar.
Qaləm/68:15 Ayələrimiz ona oxunduğu zaman: "Əfsanədir," deyər.

Mutaffifin/83:12 Onu ancaq azğın günahkarlar yalanlayar.
Mutaffifin/83:13 Ona ayələrimiz yetişdiyində, "Əfsanədir" deyərdi.
Mutaffifin/83:14 Doğrusu, işlədikləri günahlar qəlblərini qaplamış.
Mutaffifin/83:15 Doğrusu, o gün onlar Rəblərindən pərdələnər.

Hud/11:35 "Bunu (bu nəql edilən tarixi mübahisəni) o uydurdumu"- deyirlər? (Ey Muhəmməd!) De ki: "Onu mən uydurmuşamsa, günahımdan mən (özüm) məsuliyyətli olacağam və sizin işlədiyiniz günahlarla da mənim bir əlaqəm yoxdur."

Nəhl/16:103 "Ona bir insan öyrədir!" şəklindəki sözlərini əlbəttə bilirik. Nəzərlərində tutduqları şəxsin dili başqadır, bu isə açıq-aşkar Ərəbcə bir dildir.

Ənbiya/21:3 Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Ənbiya/21:4 Dedi ki, "Rəbbim yerdə və göydə hər sözü bilir. O, Eşidəndir, Biləndir!"
Ənbiya/21:5 Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.

Şura/42:24 Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.