Əhzab - 33:19 Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.
14, 15... 20 ayetleri bağlamında; İkiyüzlüler duruma ve menfaatlerine göre saflarını değiştirirler:
Nisa/4:138 İkiüzlülərə ağrılı-acılı bir əzabı müjdələ.
Nisa/4:139 Onlar ki, iman edənlərdən ayrı inkarçılarla işbirliyi edər. Onların yanında şərəfmi axtarırlar? Halbuki şərəf tamamilə Allaha aiddir.
Nisa/4:141 Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.

Tovbə/9:107 Zərər vermək, inkarçılığı tətbiq etmək, iman edənlərin arasını açmaq (pozmaq) və öncədən Allah və elçisi ilə savaşmış olanlara bir qorunma yeri hazırlamaq üçün məscid istifadə edənlər də var. "Məqsədimiz sadəcə yaxşılıqdır," deyə and içərlər. Allah onların yalançılığına şahiddir.

Əhzab/33:12 İkiüzlülər və qəlblərində xəstəlik olan kimsələr, "Allahın və elçisinin bizə verdiyi söz boş bir xəyaldan başqa bir şey deyilmiş!" deyirdilər.
Əhzab/33:13 Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:14 Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.

Nisa/4:72 İçərinizdə ağır davrananlar var. Sizə bir müsibət gələrsə, "Allah mənə yaxşılıq etdi və onlarla birlikdə şəhid düşmədim," deyər.
Nisa/4:73 Allahdan sizə bir lütf yetişərsə sanki öncə aranızda heç bir dostluq yoxmuş kimi, "Kaş ki, mən də onlarla birlikdə olsaydım və böyük bir müvəffəqiyyət qazansaydım," deyər.
Nisa/4:91 Həm sizinlə, həm də öz camaatıyla güvən içində olmaq istəyən bir başqa qrupla rastlaşacaqsınız. Nə vaxt fəsada çağırılsalar içinə dalarlar. Sizdən aralanıb geri çəkilməz, sülh etmək istəməz və əllərini sizdən çəkməzlərsə qarşılaşdığınız yerdə onları öldürə bilərsiniz. Belələrinə qarşı sizə açıq-aşkar səlahiyyət verdik.

Şuəra/26:225 Onların hər vadidə qaçdıqlarını (vəziyyətə görə yön dəyişdirdiklərini) görmürsənmi?

Maidə/5:52 Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.
Maidə/5:53 O zaman iman edənlər, “Sizinlə bərabər olduqlarına bütün gücləriylə Allah adına and içənlər bunlardırmı?” deyəcək. Səyləri boşa çıxmış və zərər etmişlərdir.

Tovbə/9:56 Sizinlə həmrəy olduqlarına dair Allaha and içərlər; halbuki sizdən deyillər, onlar ixtilaf (anlaşılmazlıq) yaradan bir topluluqdur.
Tovbə/9:62 Sizi razı salmaq üçün Allaha and içərlər. Gerçəkdən iman edirlərsə, bilməlidirlər ki, Allah və Elçisi razı edilməyə daha layiqdir.

Ənkəbut/29:10 İnsanlardan, "Allaha iman etdik," deyənlərdən bəziləri var ki, Allah yolunda çətinliyə düşüncə insanların zülm və işgəncəsini Allahın cəzası kimi hesab edər. Amma Rəbbindən sənə bir zəfər gəlsə, "Biz sizinlə birlikdə idik," deyərlər. Allah hər kəsin ən gizli düşüncələrini bilməzmi?
Ənkəbut/29:11 Allah əlbəttə iman edənlərlə ikiüzlüləri aşkar edəcəkdir.

Əhzab/33:19 Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.

Fəth/48:15 Savaşdan geri qalmış olanlar, siz qənimətləri almaq üçün getdiyinizdə, "Qoyun biz də sizinlə gələk," deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki, "Siz bizi izləməyəcəksiniz. Bu Allahın öncədən almış olduğu qərardır." Bunun üzərinə onlar, "Siz əslində bizə həsəd aparırsınız," deyəcəklər. Doğrusu, onlar çox az söz anlayırlar.

Həşr/59:11 İkiüzlü davrananlara diqqət etmədinmi? Kitab əhlindən inkarçı olan yoldaşlarına, "Çıxardılsanız, biz də sizinlə birlikdə çıxacağıq və sizin əleyhinizə heç bir kimsəyə itaət etməyəcəyik. Sizinlə savaşılarsa, mütləq sizi dəstəkləyəcəyik," deməkdədirlər. Allah onların yalançı olduğuna şahidlik edər.