Əhzab - 33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
İman edənlər Allahın sözünə güvənib savaşa getdilər, Allah da savaş əsnasında mələkləri ilə iman edənləri dəstəkləyərək sözünü yerinə yetirdi və zəfərə yetişdirdi:
Ənfal/8:5 Həqiqətən Rəbbin səni bəlli bir planın gerçəkləşməsi üçün evindən çıxarmışdı. İman edənlərdən bir qrup bundan xoşlanmamışdı.
Ənfal/8:6 Gerçək ortaya çıxmasına rəğmən, göz görə-görə ölümə sürüklənirlərmiş kimi səninlə onu mübahisə edirdilər.
Ənfal/8:7 Allah iki qrupdan birini (məğlub etməyi) sizə söz vermişdi; siz isə gücsüz olanı ilə qarşılaşmağı istəyirdiniz. Halbuki Allah kəlmələri ilə gerçəyi gerçəkləşdirmək və kafirlərin ardını kəsmək istəyir.
Ənfal/8:8 Ona görə ki, günahkarlar xoşlanmasa da, haqqı gerçəkləşdirsin və haqsızlığı ortadan qaldırsın.
Ənfal/8:9 Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.

Ali İmran/3:152 Allah, sizə verdiyi sözdə durdu və necə ki, (Allahın) izniylə onları darmadağın etdiniz. Amma, sevdiyiniz şeyi sizə göstərdikdən sonra ruhdan düşdünüz, savaş haqqında bir-birinizlə mübahisə etdiniz və əmrləri dinləmədiniz. Kiminiz dünyanı, kiminiz də axirəti istəyirdi. Sonra, sınamaq üçün sizi onlardan çevirdi və hər şeyə rəğmən sizi əfv etdi. Allahın iman edənlərə neməti boldur.

Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.

Tovbə/9:25 Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.
Tovbə/9:26 Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.