Əhzab - 33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
Allah yolunda öldürülənlər (Şəhid):
Tovbə/9:20 İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.
Tovbə/9:21 Rəbləri onlara, Özündən bir rəhmət, bir razılıq və içində əbədi nemətlərin olduğu cənnətləri müjdələyir.

Əhzab/33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.

Bəqərə/2:154 Allah yolunda öldürülənlərə: “Onlar ölülərdir!” deməyin. Əksinə, onlar diridir, fəqət siz fərqində deyilsiniz.

Ali İmran/3:140 Sizə bir sıxıntı toxundusa, düşmən topluluğuna da buna bənzər bir sıxıntı toxunmuşdur. Belə günləri, insanların arasında döndərib dururuq ki, Allah gerçək iman edənləri ayırsın və sizdən bəzilərini şahidlər seçsin. Allah zalımları sevməz.
Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Həcc/22:58 Allah yolunda köç (hicrət) etdikdən sonra ölənlər və ya öldürülənlər, Allah tərəfindən gözəl bir ruzi ilə bəslənəcəklər. Şübhəsiz Allah ruzi verənlərin ən yaxşısıdır!
Həcc/22:59 Razı qalacaqları bir qəbul ilə qatına alacaqdır onları. Allah Biləndir, Şəfqətlidir.

Tovbə/9:52 De ki: "Biz sizin üçün, Allahın, ya öz tərəfindən və ya bizim əlimizlə sizi cəzalandırmasını ümid edərkən, siz bizim üçün ancaq iki gözəldən birini (qazilik və ya şəhidlik) ümid edə bilərsiniz. Ümidlə gözləyin, biz də ümidlə gözləyirik.

Ali İmran/3:169 Allah yolunda vurulanları ölü sanmayın; əksinə, onlar Rəbləri qatında nemətlər içində diridirlər.

Nisa/4:100 Kim Allah yolunda köç (hicrət) edərsə, yer üzündə sığınacaq çox yer və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf köç (hicrət) etmək üçün evindən çıxar və sonra onu ölüm haqlayarsa, mükafatını vermək Allaha düşər. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:157 Allah yolunda ölər yaxud öldürülsəniz, Allahın bağışlaması və rəhmətinə qovuşmuş olarsınız ki, bu onların bütün topladıqlarından daha yaxşıdır.

Tovbə/9:111 Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.

Nisa/4:74 Dünya həyatını axirətə dəyişənlər Allah yolunda savaşsınlar. Kim Allah yolunda savaşar, ölər yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.

Muhəmməd/47:4 Savaşda inkar edənlərlə qarşılaşdığınızda kontrol mərkəzlərini vurun. Axırda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında sərbəst buraxın. Savaşa son qoyulana qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdindən qurtarardı; ancaq O sizi beləcə bir-birinizlə sınamaqdadır. Allah yolunda öldürülənlərə gəlincə, onların etdiklərini boşa çıxarmayacaqdır.