Əhzab - 33:28 Peyğəmbər, xanımlarına de ki, "Siz dünya həyatının süsünü istəyirsinizsə, gəlin sizə bəxşiş verim və sizi gözəlliklə buraxım."
Peyğəmbər xanımları, hər hansısa bir qadın kimi deyil:
Əhzab/33:6 Peyğəmbər, iman edənlərə, özlərindən daha yaxındır və xanımları isə analarıdır. Allahın kitabına görə, iman edənlər, köçərilərdən (hicrət edənlərdən) özlərinə əqrəba olanları daha ön planda tutmalıdır. Ancaq dostlarınıza yaxşılıq etməyiniz xaric. Bunlar, bu kitabda qanuniləşmişdir.
Əhzab/33:30 Ey Peyğəmbərin xanımları, sizdən kim böyük və açıq bir günah işləyərsə, onun cəzası ikiqat olar. Allah üçün əlbəttə bu asandır.
Əhzab/33:53 Ey iman edənlər, peyğəmbərin evinə, yeməyə dəvət edilmədən daxil olmayın. Elə bir dəvəti də gözləməyin. Dəvət edildiyiniz vaxt daxil ola bilərsiniz. Yeməyi yedikdən sonra ayrılıb dağılın. Hədislərə (sözlərə) dalmayın. Bu vəziyyət peyğəmbəri üzür (narahat edir); ancaq sizə bildirməkdən utanırdı. Allah gerçəyi bildirməkdən çəkinməz. Onun xanımlarından bir şey istədiyinizdə onu bir pərdə arxasından istəyin. Bu sizin qəlbiniz və onların qəlbləri üçün daha təmiz bir davranışdır. Allahın elçisini üzməməlisiniz və ondan sonra onun zövcələri ilə əsla evlənməməlisiniz, çünki bu, Allah qatında çox böyük bir günahdır.
Əhzab/33:32 Ey Peyğəmbərin xanımları, siz hər hansısa bir qadın kimi deyilsiniz. Müttəqisinizsə, işvəli danışmayın ki, qəlbində xəstəlik olan biriləri sizə yönəlməsin. Gözəl və normal şəkildə danışın.
Əhzab/33:33 Evlərinizdə oturun və keçmiş cahiliyyə dövründəki kimi insanlarla çox iç-içə (yaxın) olmayın. Namazı qoruyun, zəkatı verin, Allah və elçisinə tabe olun. Ey Kəbənin çevrəsində yaşayanlar, Allah sizdən günahları qaldırmaq və sizi tamamilə təmizləmək istəyir.