Əhzab - 33:4 Allah heç bir kəsin içinə iki qəlb qoymamışdır. Ananıza bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınıza çevirməmiş, övladlığa götürdüklərinizi də öz övladlarınız etməmişdir. Bütün bunlar, ağzınızdan çıxan sözlərinizdən ibarətdir. Allah doğrunu söyləyir və O doğru yola yönəldir.
Əlaqəli ayə:
Əhzab/33:4 Allah heç bir kəsin içinə iki qəlb qoymamışdır. Ananıza bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınıza çevirməmiş, övladlığa götürdüklərinizi də öz övladlarınız etməmişdir. Bütün bunlar, ağzınızdan çıxan sözlərinizdən ibarətdir. Allah doğrunu söyləyir və O doğru yola yönəldir.

Mucadilə/58:1 Allah, əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözlərini eşitdi. Allah ikinizin bütün danışdıqlarını eşitmişdir. Allah Eşidəndir, Biləndir.
Mucadilə/58:2 İçinizdən, qadınlarını analarına bənzədərək yadlaşdıranlar (uzaq duranlar) bilirlər ki, onlar anaları deyildir. Anaları özlərini doğanlardır. Söylədikləri pis və əsassız bir sözdür. Allah Əfv Edəndir, Bağışlayandır.
Mucadilə/58:3 Qadınlarını analarına bənzədərək yadlaşdırdıqdan (uzaq durduqdan) sonra sözlərindən dönənlər, arvadları ilə cinsi əlaqəyə girmədən öncə bir köləni azadlığa qovuşdursunlar. Sizə öyüd edilən budur. Allah etdiyiniz hər şeyi xəbər alır.
Mucadilə/58:4 Azad edəcək bir kölə tapa bilməyən, cinsi əlaqədən öncə üst-üstə iki ay boyunca oruc tutmalıdır. Buna gücü çatmayan isə altımış yoxsulu doydurmalıdır. Allaha və elçisinə iman etməlisiniz. Bunlar, Allahın müəyyən etdiyi hədlərdir. İnkar edənlər ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.

Təhrim/66:1 Ey peyğəmbər, sırf zövcələrini məmnun etmək məqsədi ilə, Allahın sənə halal (qanuni) etdiyini özünə qadağan edirsən. Allah Bağışlayandır, Rəhmlidir.
Təhrim/66:2 Allah, andlarınızın halallaşdırmanın yolunu bildirmişdir. Mövlanız (sahibiniz) Allahdır. O Biləndir, Hikmət Sahibidir.