Əhzab - 33:70 Ey iman edənlər! Allahı layiqincə dinləyin və doğru söz söyləyin.
Allah, Ona hörmət edən, elçilərinə və kitablarına iman edənlərin günahlarını bağışlayar:
Ali İmran/3:132 Allaha və Elçiyə itaət edin, sizə mərhəmət edilsin.

Muhəmməd/47:2 İman edib müttəqi davrananların və Rəblərindən bir gerçək olaraq Muhəmmədə nazil edilənə iman edənlərin isə günahlarını örtər və vəziyyətlərini düzəldər.

Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.

Hədid/57:28 Ey iman edənlər, Allaha hörmət qoyub dinləyin və elçisinə iman edin ki, rəhmətindən sizə iki pay versin, sizə, aydınlığında yeriyə biləcəyiniz bir nur bəxş etsin və sizi bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:31 De ki, "Allahı sevirsinizsə mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir."

Nuh/71:3 "Allaha qulluq edin, Onu saya salın və məni izləyin."
Nuh/71:4 "(Ona görə) ki, günahlarınızı bağışlasın və sizi bəlli bir müddətə qədər təxirə salsın. Şübhəsiz, Allahın verdiyi vaxt yetişincə möhlət verilməz, bir bilsəydiniz.

Əhzab/33:70 Ey iman edənlər! Allahı layiqincə dinləyin və doğru söz söyləyin.
Əhzab/33:71 (Ona görə) ki, işlərinizi düzəltsin, günahlarınızı bağışlasın. Kim Allaha və elçisinə tabe olarsa, böyük bir zəfər qazanmışdır.

Əhqaf/46:31 "Ey xalqımız, Allaha (tərəf) çağırana cavab verin. Ona iman edin ki, günahlarınızı bağışlasın. Və sizi ağrılı-acılı əzabdan qorusun."

Ənam/6:104 Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.