Əhzab - 33:9
Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.
Allah, Ona güvənib, yolunda inkar edənlərlə savaşan iman edənlərə yardım edər:
Ənfal/8:26
Sayca az olduğunuz, yer üzündə əzilib xor baxıldığınız və insanların sizi ələ keçirib qaçıracaqlarından qorxduğunuz zamanları xatırlayın. O sizi sığınacaqla təmin etdi, sizi yardımı ilə dəstəklədi və gözəl şeylərdən sizə ruzilər verdi ki, şükür edəsiniz.
Həcc/22:39
Zülm edilərək savaşa məruz qalanlara izin verilmişdir. Allah onları dəstəkləməyə əlbəttə qadirdir.
Əhzab/33:24
Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
Əhzab/33:25
Allah inkar edənləri öfkələriylə birlikdə əlləri boş olaraq geri çevirdi. Allah beləcə iman edənləri savaşdan qorudu. Allah güclüdür, Üstündür.
Əhzab/33:26
Və Kitab əhlindən onlara dəstək olanları qalalarından endirdi və ürəklərinə qorxu saldı. Bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Əhzab/33:27
Sizi onların torpağına, evlərinə, paralarına (pullarına) və hələ ayağınızı belə basmamış olduğunuz torpaqlara varis etdi. Allah hər şeyə Gücü Yetəndir.
Muhəmməd/47:7
Ey iman edənlər, Allahı dəstəkləsəniz, O da sizi dəstəkləyər və ayaqlarınızı sağlam saxlayar.
Saff/61:14
Ey iman edənlər, Allahı dəstəkləyənlər olun. Necə ki, Məryəm oğlu İsa, tələbələrinə, "Allah yolunda kim mənim dəstəkçilərim olar?" deyə soruşmuşdu. Tələbələri, "Biz Allahın dəstəkçiləriyik," demişdilər. İsrail oğullarından bir qrup iman etdi, bir qrup da inkar etdi. İman edənləri düşmənlərinə qarşı dəstəklədik; onlar üstün gəldilər.
Ali İmran/3:122
Sizdən iki qrup az qalsın ruhdan düşmüşdü. Halbuki Allah onların sahibi idi. İman edənlər Allaha güvənsin.
Ali İmran/3:123
Necə ki, siz zəif durumda ikən, Allah, Bədrdə sizə yardım edib zəfərə yetişdirdi. Təşəkkürünüzü bəlli etmək üçün Allahı dinləməlisiniz.
Ali İmran/3:124
İman edənlərə bunları deyirdin: “Endirilmiş üç min mələk ilə Rəbbinizin sizi dəstəkləməsi, sizə yetərli deyilmi?”
Ali İmran/3:125
Əlbəttə, çətinliklərə qarşı müqavimət göstərərsəniz və müttəqi davranarsanız, sizə bu anda qəflətən bir hücum etsələr, Rəbbiniz sizi təlim almış beş min mələk ilə dəstəkləyər.
Ali İmran/3:126
Allah bunu sadəcə, qəlbinizi sakitləşdirəcək bir müjdə olsun deyə bəyan edir. Zəfər, yalnızca Güclü və Hikmət Sahibi olan Allah qatındandır.
Ali İmran/3:127
Beləcə inkar edənlərin bir qismini məhv edər və ya onları təsirsiz hala gətirib pərişan edər.
Ənfal/8:5
Həqiqətən Rəbbin səni bəlli bir planın gerçəkləşməsi üçün evindən çıxarmışdı. İman edənlərdən bir qrup bundan xoşlanmamışdı.
Ənfal/8:6
Gerçək ortaya çıxmasına rəğmən, göz görə-görə ölümə sürüklənirlərmiş kimi səninlə onu mübahisə edirdilər.
Ənfal/8:7
Allah iki qrupdan birini (məğlub etməyi) sizə söz vermişdi; siz isə gücsüz olanı ilə qarşılaşmağı istəyirdiniz. Halbuki Allah kəlmələri ilə gerçəyi gerçəkləşdirmək və kafirlərin ardını kəsmək istəyir.
Ənfal/8:8
Ona görə ki, günahkarlar xoşlanmasa da, haqqı gerçəkləşdirsin və haqsızlığı ortadan qaldırsın.
Ənfal/8:9
Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
Ənfal/8:10
Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.
Ənfal/8:11
Özündən bir güvənlik olaraq sizi yuxuya aparıb sakitləşdirirdi. (Susuzluğun yaratdığı depressiyadan) sizi təmizləmək, şeytanın pisliyini (ümidsizliyi) sizdən uzaqlaşdırmaq, qəlbinizi razı salmaq və ayaqlarınızı gücləndirmək üçün üzərinizə göydən su endirirdi.
Ənfal/8:12
Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."
Ənfal/8:13
Çünki onlar Allaha və elçisinə qarşı gəldilər. Kim Allaha qarşı gəlsə, əlbəttə Allahın cəzası çətindir (şiddətlidir).
Tovbə/9:25
Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.
Tovbə/9:26
Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.
Tovbə/9:40
Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.
Əhzab/33:9
Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.
Əhzab/33:10
Üstünüzdən və altınızdan sizə hücum etmişdilər. Gözlər dönmüşdü (hədəqəsindən çıxmışdı), ürəklər ağızlara gəlmişdi və siz Allah haqqında müxtəlif şübhələr edirdiniz.