Səba - 34:10
Qatımızdan Davuda lütf bəxş etmişdik: "Ey dağlar, tərənnümünə qatılın; ey quşlar sizlər də." Ona dəmiri yumşaltmışdıq.
Davud, dağlar və quşlar ilə birlikdə Allahı ucaldırdı:
Sad/38:17
Onların sözlərinə qarşı səbrli ol, bacarıqlı bir qulumuz olan Davudu xatırla; O sürəkli (Tanrıya) yönəlirdi.
Sad/38:18
Dağları onun əmrinə vermişdik; onunla birlikdə axşam və sübh çağı (Tanrını) ucaldırdılar.
Sad/38:19
Quşlar da toplanmışdı; hamısı onun əmrinə tabe idi.
Nəml/27:15
Biz Davuda və Süleymana bilgi vermişdik və "Bizə, iman edən qullarının bir çoxundan daha çox bəxşiş edən Allaha təriflər olsun," demişdilər.
Nəml/27:16
Süleyman Davuda varis oldu. Dedi ki, “Ey insanlar, bizə quşların dilini anlamaq öyrədildi və bizə hər şeydən verildi. Bu, açıq-aşkar bir lütfdür."
Nəml/27:17
Süleyman üçün cinlərdən, insanlardan və quşlardan ordular əmələ gətirilmişdi və nizamla sövq edilirdilər.
Nəml/27:18
Qarışqa vadisinə gəlib çatınca, bir qarışqa, "Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və orduları fərqində olmayaraq sizi əzməsinlər."
Nəml/27:19
Onun sözünə gülərək, "Rəbbim, Sənin mənə, ana-atama bağışladığın nemətlərinə şükür etməyə və razı olacağın müttəqi davranışlarda olmağa məni yönəlt. Rəhmətinlə, məni müttəqi qullarının arasına sal."
Ənbiya/21:79
Süleymana, doğru anlama bacarığı bağışladıq. Hər birinə bilgi və hikmət verdik. Davudun əmrinə dağları və quşları verdik. Biz bunları etmişdik.