Fatir - 35:10
Şərəf-şan arzulayanlar, bilsin ki, bütün şərəf-şan Allaha aiddir. Gözəl söz Ona çıxar, yaxşı iş də onu yüksəldir. Pislik planlayanlar üçün çətin (şiddətli) bir əzab vardır və onların planı müvəffəqiyyətsizliklə nəticələnəcəkdir.
Tələ qurmaqda/plan qurmaqda Allah ən usta olandır:
Ənfal/8:30
İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.
Ənfal/8:42
O vaxt siz vadinin bəri yamacında, onlar da vadinin o biri yamacında mövqe almışdı. Karvan da sizdən daha aşağıda idi. Bu qarşılaşmanı siz qərarlaşdırsaydınız, qarşılaşma mövzusunda anlaşmazlığa düşəcəkdiniz. Halbuki Allah, edilməsi öncədən planlanmış bir işi gerçəkləşdirməkdə idi. Beləcə, məhv edilən, açıq-aşkar bir dəlillə məhv edilsin, yaşayan da açıq-aşkar bir dəlillə yaşadılsın. Allah Eşidəndir, Biləndir.
Ənfal/8:43
Allah onları röyanda sənə az göstərirdi. Onları sənə çox göstərsəydi, dağılacaq və o mövzuda mübahisə edəcəkdiniz. Fəqət Allah (sizi) qurtardı. O, sinələrin özünü Biləndir.
Ənfal/8:44
Vaxtı yetişib onlarla qarşılaşdığınızda sizin gözlərinizdə onları az göstərir, onların da gözlərində sizi az göstərirdi ki, Allah öncədən planlanmış işi gerçəkləşdirsin. İşlər, axırda Allaha dönər.
Yunus/10:21
Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."
Rad/13:42
Onlardan öncəkilər də hiylələr qurdular; halbuki bütün hiylələr Allaha aiddir. Hər kəsin qazandığını bilir. Kafirlər də zəfərin kimə aid olduğunu biləcəklər.
Tur/52:42
Yoxsa bir planmı tətbiq etmək istəyirlər? Halbuki kafirlərin özləri bir plana məhkum edilmişdir.
Əraf/7:183
Onlara möhlət verirəm. Mənim planım sağlamdır.