Fatir - 35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.
"Öyüd ala biləcək bir şəxsin öyüd ala biləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı?" İnsanın öyüd ala biləcəyi qədər yetərli müddət:
Fatir/35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.

Ənbiya/21:43 Yoxsa onları Bizə qarşı qoruya biləcək tanrılarımı var?  Halbuki, onlar özlərinə belə yardım edə bilməzlər və Biz də sahib çıxmarıq.
Ənbiya/21:44 Halbuki, Biz onları və atalarını yaşlanıncaya qədər nemətləndirdik. Yer üzünün uclarından davamlı olaraq əskiltdiyimizi görmürlərmi? Buna rəğmən onlarmı üstün gələcək?

Nuh/71:3 "Allaha qulluq edin, Onu saya salın və məni izləyin."
Nuh/71:4 "(Ona görə) ki, günahlarınızı bağışlasın və sizi bəlli bir müddətə qədər təxirə salsın. Şübhəsiz, Allahın verdiyi vaxt yetişincə möhlət verilməz, bir bilsəydiniz.

Həcc/22:5 Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.

Ğafir/40:67 O ki, sizi torpaqdan, sonra bir damcıdan (nütfədən), sonra asılı duran bir embriondan yaratmışdır. Yetkinləşməniz və qocalmanız üçün daha sonra sizi uşaq olaraq çıxardır. Sizdən bəzilərinin canı daha erkən alınır. Daha öncə müəyyən edilmiş yaşa yetişirsiniz ki, qavrayasınız.

Əhqaf/46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.