Fatir - 35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.
Hər cəmiyyətə xəbərdar edən göndərilmişdir:
Yunus/10:47 Hər bir camaat üçün bir elçi vardır. Elçiləri gəldiyi zaman ədalətlə mühakimə olunarlar və əsla onlara zülm edilməz.

Rad/13:7 İnkar edənlər: "Ona bir möcüzə enməli deyildimi?" deyirlər. Sən ancaq bir xəbərdarlıq edənsən. Hər camaat üçün bir Yolgöstərən vardır.

Fatir/35:24 Səni müjdə verən və xəbərdar edən biri olaraq gerçəklə göndərdik. Hər camaatın içində mütləq xəbərdar edən biri gəlmişdir.

İsra/17:15 Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.

Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.

Nəhl/16:36 Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.

Şuəra/26:208 Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.