Fatir - 35:6 Şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O partiyasını (öz tərəfdarlarını) sadəcə cəhənnəm əhli olmağa çağırır.
Şeytan sizin düşməninizdir: Əlaqəli
Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:62 Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?

Ta ha/20:120 Şeytan, "Adəm, Sənə əbədiyyət ağacını və tükənməyəcək bir hökmranlığı göstərimmi?" deyə ona (Adəmə) pıçıldadı.
Ta ha/20:121 İkisi də ondan yedilər və bundan sonra vücudları özlərinə göründü. Cənnətin yarpaqları ilə örtünməyə çalışdılar. Adəm Rəbbinə qarşı gəldi və çaşıb qaldı.
Ta ha/20:122 Sonra Rəbbi onu seçib əfv etdi və ona yol göstərdi.
Ta ha/20:123 (Allah) dedi ki, "Bir-birinizə düşmənlər olaraq ordan aşağı enin. Sizə Məndən bir yol göstərici gəldiyində, kim mənim yoluma tabe olarsa, o azmaz və pərişan olmaz."

Bəqərə/2:208 Ey iman edənlər! Tamamilə təslim olun. Şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.

İbrahim/14:22 Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.

Kəhf/18:50 Mələklərə: "Adəmə səcdə edin!" dediyimiz zaman, hamısı səcdə etdilər; yalnız İblisdən başqa. Rəbbinin əmrinə qarşı gəldiyi üçün cinlərdən oldu. Məni buraxıb onu və soyunumu dostlar seçirsiniz? Halbuki onlar, sizin düşmənlərinizdir.  Zalımlar üçün bu necə də pis bir dəyişmədir!

Ta ha/20:116 Mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa hamısı səcdə etdilər. O inad edib qarşı çıxdı,
Ta ha/20:117 "Adəm, Bu sənin və zövcənin düşmənidir. Ehtiyatlı olun, sizi Cənnətdən çıxartmasın, yoxsa pərişan olarsan" dedik.

Əraf/7:27 Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.