Ya sin - 36:11
Sən ancaq, mesaja tabe olan və yalnız başına ikən Rəhmana qarşı hörmətli olan bir kimsəni xəbərdar edə bilərsən. Onu bağışlanma və bol bir mükafatla müjdələ.
Məqsəd nədir?
Vaqiə/56:28
Tikansız meyvə ağacları,
Vaqiə/56:29
Salxımları sallanmış banan ağacları,
Vaqiə/56:30
Uzanmış kölgələr,
Vaqiə/56:31
Fışqıran sular,
Vaqiə/56:32
Və bol meyvələr içindədirlər.
Vaqiə/56:33
Bunlar nə tükənərlər, nə də qadağan edilərlər!
Ənfal/8:4
Belələri gerçək iman edənlərdir. Onlar üçün Rəbləri yanında dərəcələr, bağışlanma və tükənməz ruzi vardır.
Məryəm/19:62
Orada boş söz eşitməzlər; sadəcə sülh... Ruzilərini də səhər-axşam alarlar.
Ənbiya/21:102
Onun uğultusunu eşitməzlər. Canlarının istədiyi şeylər içində əbədi qalarlar.
Sad/38:51
Orada komfort içində bol meyvə və içki istəyərlər.
Sad/38:52
Yanlarında gözlərinin içinə baxan yaşıdları vardır.
Sad/38:53
Hesab Günü üçün sizə söz verilən budur.
Sad/38:54
Bizim bu ruzimiz tükənməzdir.
Şura/42:22
Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.
Qaf/50:34
Oraya sağ-salamat daxil olun; bu, əbədi həyat günüdür.
Qaf/50:35
İstədikləri hər şeyi əldə edərlər və hətta qatımızda artığı da vardır.
Vaqiə/56:18
Qaynaqdan doldurulmuş bardaqlar, sürahilər və qədəhlərlə.
Vaqiə/56:19
Nə ara verərlər, nə də yorularlar.