Ya sin - 36:24
"O zaman tamamilə yoldan çıxmış olaram."
Elçilərin Səmud xalqına xəbərdarlıqları:
Əraf/7:73
Səmud xalqına da qardaşları Salehi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən, sizə bir bəyyinə (dəlil) gəlmişdir. Bu Allahın dəvəsi sizin üçün bir işarət olacaqdır. Onu buraxın, Allahın torpağında otlasın. Ona bir zərər verməyin; yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar."
Hud/11:62
Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."
Əraf/7:74
"Ad xalqından sonra sizi varislər etdiyini xatırlayın. Sizi yer üzünə yerləşdirdi. Düzənliklərində köşklər qurub, dağlarında evlər yontursunuz. Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın."
Nəml/27:45
Səmuda qardaşları Salehi, "Allaha qulluq edin," desin deyə göndərdik. Bundan sonra, mübahisə edən (ixtilafa düşən) iki qrupa ayrıldılar.
Nəml/27:46
Dedi: "Ey xalqım, Nə üçün yaxşılığın yerinə pislik üçün tələsirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləməyinizə ehtiyac yoxdur?"
Nəml/27:47
Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."
Nəml/27:48
Şəhərdə doqquz nəfərdən ibarət bir çətə var idi; bölgədə fəsad çıxarırlar və əsla yaxşı bir şey etmirdilər.
Nəml/27:49
Allaha and içərək bir-birlərinə, "Ona və ailəsinə bir gecə hücumu edək və sonra onun qəbiləsinə, onların ölümü haqqında heç bir şey bilmədiyimizi və doğru danışdığımızı söyləyək," dedilər.
Fussilət/41:17
Səmud xalqına gəlincə, onlara yolu göstərdik, halbuki onlar korluğu hidayətdən üstün tutdular. Axırda, qazandıqlarına qarşılıq, onları alçaldıcı əzabın ildırımı yaxaladı.