Ya sin - 36:38
Günəş müəyyən edilmiş öz yolunda axıb getməkdədir. Bu Üstün və Hikmət Sahibi Olanın qurduğu bir nizamdır.
Günəşi və ayı necə xidmətimizə verdi?
Ənam/6:96
Səhəri ortaya çıxarandır. Gecəni dincəlmə vaxtı, günəşi və ayı da bir hesablama vasitəsi etmişdir. Bu, hər şeydən Üstün və hər şeyi Bilənin planıdır.
Yunus/10:5
O, Günəşi bir işıq qaynağı, ayı da bir işıq etdi. İllərin sayını və hesabı bilməniz üçün ona mərhələlər (mənzillər) müəyyən etdi. Allah bunları ancaq bir gerçək üçün yaratmışdır. Bilən bir camaata ayələri bu cür açıqlayır.
Nuh/71:16
Ayı bunların içində bir nur, günəşi də bir lampa etdi.
Bəqərə/2:189
Səndən ayın mərhələlərini (hilalı) soruşurlar. De ki o, insanlar və həcc ibadəti üçün bir vaxt ölçüsüdür. Yaxşılıq, sözü gəzdirmək deyildir, yaxşılıq ehtiyat etməkdir. Dürüst olun. Qurtuluşunuz üçün Allahı dinləyin.
Ya sin/36:39
Aya da, quru bir xurma budağına dönüşüncəyə qədər müxtəlif mərhələlər müəyyən etdik.
Furqan/25:45
Rəbbinin kölgəni necə uzatdığına diqqət etdinmi? Həqiqətən, istəsəydi onu hərəkətsiz də edərdi. Necə ki, Günəşi ona dəlil etdik (kölgənin varlığını işığa bağlı etdik).
Şəms/91:1
And olsun günəşə və onun aydınlığına?
Şəms/91:2
Onu izləyən aya,
Şəms/91:3
Onu açığa çıxaran gündüzə,
Şəms/91:4
Onu örtən gecəyə,