Saffat - 37:135 Ancaq geridə qalan yaşlı qadın xaric.
Bu ifadə iki mənalıdır; həm geridə buraxılıb həlak edilənlərdən olacaq, həm də axirətdə geridə qalanlardan / bədbəxtlərdən, əzaba layiq olanlardan olacaq.
Hicr/15:24 İrəliləyənlərinizi də bilirik, geridə qalanları da bilirik.
Hicr/15:60 "Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.

Vaqiə/56:8 Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9 Bədbəxtlər nə qədər də bədbəxtdirlər!

Muddəssir/74:37 İrəliləmək yaxud, geridə qalmaq istəyənləriniz üçün.