Saffat - 37:140 Dolu bir gəmiyə qaçmışdı.
Yunus peyğəmbər:
Ənbiya/21:87 ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.
Ənbiya/21:88 Yalvarışına qarşılıq verdik və onu üzüntüdən qurtardıq. İman edənləri bax belə qurtararıq!

Saffat/37:141 Qarşı çıxdı və yanlış qərar verənlərdən oldu.
Saffat/37:143 (Tanrını) xatırlayıb düşünməsəydi,
Saffat/37:144 Dirilmə Gününə qədər onun qarnında qalacaqdı.
Saffat/37:145 Onu çöl kimi bir sahilə atdıq, yorğun və halsız...
Saffat/37:148 İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).
Saffat/37:146 Və onun üçün orada geniş yarpaqlı ağac yetişdirdik.
Saffat/37:147 Biz onu yüz min və ya daha çox adama göndərdik.

Yunus/10:98 İnancı özünə fayda verməyən bir camaat olsaydı belə, Yunusun xalqı bunun bir istisnası olardı; İman etdikləri zaman, bu dünya həyatındakı alçaldıcı əzabı onların üzərindən qaldırdıq. Bir müddətə qədər onları nemətlərlə yaşatdıq.

Qaləm/68:48 Rəbbinin hökmünün gerçəkləşməsi üçün səbr et. Balığın yoldaşı (Yunus) kimi olma. Bir vaxt o, (balıq tərəfindən) udulmuş bir vəziyyətdə ikən səslənmişdi.
Qaləm/68:49 Rəbbindən ona bir nemət yetişməsəydi, qınanmış olaraq şoran bir sahilə atılacaqdı.
Qaləm/68:50 Ancaq Rəbbi onu seçib müttəqilərdən etdi.

Ənam/6:86 İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.

Nisa/4:163 Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.