Saffat - 37:177          
          
                        Yurdlarına enincə xəbərdarlıq edilənlərin səhəri necə də pis olur!           
        
        
          Yurdlarına endiyi zaman xəbərdar edilənlərin səhəri necə də pisdir:        
      
                  
                    
                      Saffat/37:176                    
                  
                  
                                        Əzabımıza meydanmı oxuyurlar?                  
                
                
              
                  
                    
                      Saffat/37:177                    
                  
                  
                                        Yurdlarına enincə xəbərdarlıq edilənlərin səhəri necə də pis olur!                   
                
                
              
                  
                    
                      Hud/11:81                    
                  
                  
                                        (Mələklər) dedilər, "Ey Lut, biz, Rəbbinin elçiləriyik. Onlar sənə toxuna bilməzlər. Ailəni gecənin bir vaxtında götürüb başqa yerə apar, sizdən heç kimsə geriyə baxmasın; fəqət sənin arvadın istisna. Digərlərinin başına gələnlər onun da başına gələcəkdir. Onların müəyyən edilmiş zamanı səhər vaxtıdır. Səhər yaxın deyilmi?"                  
                
                
              
                  
                    
                      Hicr/15:65                    
                  
                  
                                        "Gecə vaxtı ailənlə birlikdə çıx. Arxalarından izlə və heç biriniz arxaya baxmasın. Sizə əmr edilən yerə gedin."                  
                
                
              
                  
                    
                      Hicr/15:66                    
                  
                  
                                        'Bu xalq, səhər vaxtı məhv ediləcəkdir' şəklindəki əmri ona bildirdik.                  
                
                
              
                  
                    
                      Hicr/15:67                    
                  
                  
                                        Şəhər əhalisi sevincli halda gəldilər.                   
                
                
              
                  
                    
                      Hicr/15:68                    
                  
                  
                                        (Lut:) "Bunlar qonaqlarımdır, əsla məni utandırmayın."                  
                
                
              
                  
                    
                      Hicr/15:69                    
                  
                  
                                        "Allahdan qorxun, məni rəzil etməyin," dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:70                    
                  
                  
                                        (Onlar:) "İnsanlarla dialoq qurmaqdan səni çəkindirməmişdikmi?" dedilər.                  
                
                
              
                  
                    
                      Hicr/15:71                    
                  
                  
                                        (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər istəyirsinizsə!"                  
                
                
              
                  
                    
                      Hicr/15:72                    
                  
                  
                                        Çox heyif ki, onlar, sərxoşluqları içində sərgərdan gəzirdilər.                  
                
                
              
                  
                    
                      Hicr/15:73                    
                  
                  
                                        Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.                  
                
                
              
                  
                    
                      Hicr/15:74                    
                  
                  
                                        Onun altını üstünə çevirdik. Üzərlərinə palçıqdan olan sərt daşlar yağdırdıq.                  
                
                
              
                  
                    
                      Hicr/15:80                    
                  
                  
                                        Hicr əhli də elçiləri yalanladı.                     
                
                
              
                  
                    
                      Hicr/15:81                    
                  
                  
                                        Onlara ayələrimizi verdik, fəqət ondan üz çevirdilər.                   
                
                
              
                  
                    
                      Hicr/15:82                    
                  
                  
                                        Dağlardan güvənli evlər yonturdular.                  
                
                
              
                  
                    
                      Hicr/15:83                    
                  
                  
                                        Səhər vaxtı onları da o qorxunc gurultu yaxaladı.                   
                
                
              
                  
                    
                      Hicr/15:84                    
                  
                  
                                        Qazandıqlarının heç biri onları qurtara bilmədi.                   
                
                
              
                  
                    
                      Əhqaf/46:24                    
                  
                  
                                        Nəhayət onun yayılaraq vadilərinə yönəlmiş olduğunu gördüklərində, "Bu, bizə yağmur yağdıracaq bir buluddur," dedilər. Xeyr, bu sizin gəlməsi üçün meydan oxuduğunuz ağrılı-acılı əzaba sahib bir fırtınadır.                   
                
                
              
                  
                    
                      Əhqaf/46:25                    
                  
                  
                                        Rəbbinin əmri ilə hər şeyi yerlə bir edər. Səhər oyandıqlarında, evlərindən başqa hər şey görünməz hala düşmüşdü. Günahkar topluluğu bax belə cəzalandırırıq.                  
                
                
              
                  
                    
                      Qamər/54:37                    
                  
                  
                                        Onun qonaqlarına göz dikdilər, Biz də onları kor etdik. Əzabımı və xəbərdarlıqlarımı dadın görək.                   
                
                
              
                  
                    
                      Qamər/54:38                    
                  
                  
                                        Ertəsi gün, yaman bir əzab səhərlərini qutladı (qarşıladı).                   
                
                
              
                  
                    
                      Qamər/54:39                    
                  
                  
                                        Əzabımı və xəbərdarlıqlarımı dadın görək.                  
                
                
              
                  
                    
                      Qaləm/68:17                    
                  
                  
                                        Onları sınadıq; eyni bağça sahiblərini sınadığımız kimi. Səhər vaxtı dərib-toplayacaqlarına and içmişdilər.                  
                
                
              
                  
                    
                      Qaləm/68:18                    
                  
                  
                                        Bundan heç bir şübhələri yox idi.                   
                
                
              
                  
                    
                      Qaləm/68:19                    
                  
                  
                                        Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.                   
                
                
              
                  
                    
                      Qaləm/68:20                    
                  
                  
                                        Və bağça meyvəsiz qalmışdı.                    
                
                
              
                  
                    
                      Qaləm/68:21                    
                  
                  
                                        Səhər vaxtı bir-birlərinə səsləndilər:                  
                
                
              
                  
                    
                      Qaləm/68:22                    
                  
                  
                                        "Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."                  
                
                
              
                  
                    
                      Qaləm/68:23                    
                  
                  
                                        Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.                   
                
                
              
                  
                    
                      Qaləm/68:24                    
                  
                  
                                        "Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."                  
                
                
              
                  
                    
                      Qaləm/68:25                    
                  
                  
                                        Nəticədən əmin bir halda erkən yetişdilər.                  
                
                
              
                  
                    
                      Qaləm/68:26                    
                  
                  
                                        Fəqət bağçanı görüncə, "Biz yolu çaşmışıq," dedilər.                  
                
                
              
                  
                    
                      Qaləm/68:27                    
                  
                  
                                        "Xeyr, doğrusu biz yoxsul buraxıldıq."