Saffat - 37:179 Onları gözlə; onlar da görəcəklər.
Onları gözlə; onlar da görəcəklər: Məqsəd nədir?
Furqan/25:42 "Müqavimət göstərməsəydik, az qala bizi tanrılarımızdan azdırırıb ayıracaqdı." Əzabı gördüklərində kimin gerçəkdən azğın yolda olduğunu öyrənəcəklər.

Hud/11:39 "Alçaldıcı əzab kimə gəlirmiş və sürəkli əzaba kim layiq imiş, irəlidə biləcəksiniz."
Hud/11:93 "Xalqım, əlinizdən gələni edin; mən də edəcəyəm. Alçaldıcı əzabın kimə gələcəyini və kimin yalançı olduğunu irəlidə biləcəksiniz. Ümidlə gözləyin, mən də sizinlə birlikdə ümidlə gözləyirəm."

Zumər/39:39 De ki, "Ey xalqım, bildiyinizi edin, mən də edəcəyəm. İrəlidə biləcəksiniz:"
Zumər/39:40 "Alçaldıcı əzab kimə gəlirmiş və sürəkli əzaba kim layiq imiş!"

Təkasur/102:7 Onsuz da, onu gözünüzlə qəti olaraq görəcəksiniz.
Təkasur/102:8 Sonra, o gün (sizə verilən) nemətlərdən sorğu-sual olunacaqsınız.