Saffat - 37:21 Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.
37: 16, 21 ilə əlaqəli:
Ya sin/36:51 Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:52 "Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.

Ənam/6:31 Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!