Sad - 38:11
Əksinə onlar firqə-firqə məğlubiyyətə uğramış bir ordudur.
Məğlubiyyətə uğrayan fərqli dəstələrdən ibarət ordular:
Buruc/85:17
Orduların tarixindən xəbərin varmı?
Buruc/85:18
Fironun, Səmudun?
Buruc/85:19
İnkar edənlər, xronik yalanlayıcılardır.
Buruc/85:20
Allah onları arxalarından əhatə etmişdir.
Qaf/50:12
Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:13
Ad (qövmü), Fironun (xalqı), Lutun qardaşları...
Qaf/50:14
Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.
Nəcm/53:50
Odur həlak edən keçmiş Ad xalqını,
Nəcm/53:51
Səmudu da (sağ) buraxmadı.
Nəcm/53:52
Və ondan öncə Nuhun xalqını da; onlar çox zalım və çox azğın kimsələr idi.
Nəcm/53:53
Yıxılıb batırılmış olanlar (Sodom və Qomorra), ən alçaqları idi.
Nəcm/53:54
Onları örtən örtdü.
Həcc/22:42
Səni yalanlayarlarsa, onlardan öncə Nuh, Ad və Səmud xalqları da yalanlamışdılar.
Həcc/22:43
İbrahimin xalqı, Lutun xalqı da...
Həcc/22:44
Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...