Sad - 38:23 "Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bir tək qoyunum var. Belə ikən, "Onu da mənə ver," dedi və mübahisədə mənə üstün gəldi."
Hökm verərkən:
Nisa/4:135 Ey iman edənlər! Şahidliyiniz özünüzün, ananızın, atanızın və yaxınlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edərək ədaləti qoruyun. İstər zəngin, istər fəqir olsun, Allah hər iki qrupa da baxar. Elə isə, şəxsi maraq və duyğularınıza uyaraq tərəfkeş davranmayın. Gerçəyi dəyişsəniz və ya şahidlik etməkdən çəkinsəniz, bilin ki, Allah etdiklərinizi xəbər alır.

Maidə/5:8 Ey iman edənlər! Allah üçün ədaləti qoruyaraq şahidlik edin. Bir topluluğa olan kininiz sizi ədalətli davranmaqdan yayındırmasın. Ədalətli davranmaq daha ərdəmlidir. Allahı dinləyin. Allah etdiklərinizi xəbər alır.
Maidə/5:42 Yalana qulaq asır, qeyri-qanuni yoldan yeyirlər. Sənin yanına gələrlərsə, istəyirsən aralarında hökm ver, istəyirsən üz çevir. Onlardan üz çevirdiyin təqdirdə sənə heç bir zərər verə bilməzlər. Hökm verməli olsan, aralarında ədalətlə hökm ver. Allah ədalətli olanları sevər.
Maidə/5:44 İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.