Zumər - 39:10
De ki, "Ey iman edən qullar, Rəbbinizə ehtiram edin. Bu dünya həyatında gözəl davrananlara gözəllik vardır. Allahın yeri genişdir. Gerçək uğrunda müqavimət göstərənlərin ücrəti hesabsız olaraq veriləcəkdir.
Allahın yeri genişdir: Məqsəd nədir?
Nisa/4:97
Özlərinə zülm edənlərin canlarını alarkən mələklər: “Nə halda idiniz?”– deyərlər. “Biz yer üzündə əzilmiş kimsələr idik," - deyə cavab verərlər. “Allahın yeri geniş deyildimi ki, oralara köç edəydiniz?”– deyərlər. Onların yeri Cəhənnəmdir. O nə pis bir dönüş nöqtəsidir.
Nisa/4:98
Ancaq, heç bir çıxış yoluna imkanı olmayan və köç (hicrət) etməyə yol tapa bilməyən əzilmiş kişi, qadın və uşaqlar istisnadır.
Nəhl/16:41
Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...
Ənkəbut/29:56
Ey iman edən qullarım, torpağım genişdir, sadəcə Mənə qulluq edin.