Zumər - 39:22 Allah kimin köksünü İslama açarsa, o Rəbbindən bir nur üzərindədir. Allahın mesajına qarşı qəlbləri qatılaşanların vay halına. Onlar açıq-aydın bir azğınlıqdadır.
İslam: Allaha təslim olmaq
Bəqərə/2:132 İbrahim və daha sonra Yəqub bunu övladlarına öyüd-nəsihət etdi: “Övladlarım! Allah sizin üçün bu dini seçdi; müsəlman olaraq ölməyə diqqət edin."

Ali İmran/3:85 Kim İslamdan (Tanrıya təslim olmaqdan) başqa bir din axtararsa ondan qəbul edilməyəcək və o axirətdə ziyana uğrayanlardan olacaqdır.

Maidə/5:3 Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:19 Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.

Yusuf/12:40 "Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."

Saff/61:9 O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, ortaq qoşanlar xoşlanmasa da...

Beyyinə/98:5 Halbuki onlardan, dini sadəcə Allaha aid edən təkallahlılar (monoteist) olaraq Ona qulluq etmələri, namazı qorumaları və zəkatı vermələri istənilmişdi. Bax, ən doğru din budur.

Bəqərə/2:138 Budur Allahın sistemi! Kimin sistemi Allahınkindən daha yaxşıdır? "Biz yalnız Ona qulluq edərik."

Həcc/22:78 Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!