Zumər - 39:36 Allah quluna yetərli deyilmi? Səni Ondan başqaları ilə qorxudurlar. Allah kimi azdırarsa, ona bir yol göstərən tapılmaz.
Əlaqəli:
Ənam/6:81 "Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"

Zumər/39:38 Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Allah," deyəcəklər. De ki, "Allahdan başqa qulluq/xidmət etdiklərinizə nə deyirsiniz? Allah mənim üçün bir zərər istəsə, onlar Onun zərərini aradan qaldıra bilərmi? Yaxud O mənim üçün bir rəhmət diləsə onlar Onun rəhmətinin qarşısını ala bilərmi?" De ki, "Allah mənə yetər." Güvənənlər Ona güvənsinlər.

Rad/13:33 Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.

Ənam/6:1 Tərif, göyləri və yeri yaradan, qaranlığı və işığı var edən Allaha yaraşır! Buna rəğmən, inkar edənlər Rəblərini başqalarıyla eyni tutur.