Zumər - 39:41 Biz bu Kitabı sənə, insanlar üçün gerçəklə nazil etdik. Kim doğrunu taparsa, özü üçündür. Kim azarsa da, öz əleyhinə azmış olar. Sən onların advokatı (vəkili) deyilsən.
Onların vəkili deyilsən:
Nisa/4:107 Özlərinə xainlik edənləri müdafiə etmə; Allah xəyanət edənləri və günah işləyənləri sevməz.
Nisa/4:108 İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.
Nisa/4:109 Bax, siz bu cür adamları, dünya həyatında müdafiə edirsiniz. Bəs, dirilmə günündə Allaha qarşı kim onları müdafiə edəcək? Ya da kim onlara vəkil olacaq?

Ənam/6:107 Allah istəsəydi, ortaq qoşmazdılar. Səni onların üzərinə gözətçi qoymadıq. Onların vəkili də deyilsən.

İsra/17:54 Rəbbiniz sizi daha yaxşı bilir. İstəyərsə sizə acıyar, istəyərsə sizi cəzalandırar. Səni onlara advokatlıq (vəkillik) edəsən deyə göndərmədik.

Furqan/25:43 Arzusunu tanrı seçən şəxsi gördünmü? Sənmi ona advokatlıq (vəkillik) edəcəksən?

Zumər/39:41 Biz bu Kitabı sənə, insanlar üçün gerçəklə nazil etdik. Kim doğrunu taparsa, özü üçündür. Kim azarsa da, öz əleyhinə azmış olar. Sən onların advokatı (vəkili) deyilsən.

Şura/42:6 Allahdan başqasını vəlilər seçənlərə Allah (Özü) nəzarət etməkdədir. Sən onların advokatı (vəkili) deyilsən.